Deputat: "İranın bu addımları İslam dəyərlərinə ziddir"

GÜNDƏM 21 sen 2021, 09:40
“İran Ermənistana – işğalçı dövlətə hər zaman yardım göstərib. Yüzlərlə müsəlmanı didərgin etmiş, soyqırımı, işğal nəticəsində on minlərlə insanı öldürmüş, dağıdılan məscidlərdə donuzlar saxlamış bir quruma İran bütün bunlara baxmayaraq dəstəyini göstərməkdə davam edib”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə bildirib.

Deputat İranın Ermənistana dəstəyinin və bu dəstəyə qarşı çıxan soydaşlarımızı həbs etməsini tənqid edib:

“Tək bizim bölgədə deyil, hətta Orta Şərqdə də ermənilərlə əməkdaşlıq edən bu rejim Ermənistanla eyni millət kimi davranır. İranın bu addımları İslam dəyərlərinə ziddir, müsəlmanlara qarşı terror həyata keçirən ermənilərə dəstək əslində bütün müsəlman ölkələri tərəfindən narahatlıqla qarşılanmalıdır. İran ərazisində yüzminlərlə soydaşımızın yaşadığını, bunun iki dövlət və xalq arasında ziddiyyətlər yaradacağını nəzərə almır. 

Müharibə dövründə İran Ermənistana silah daşıyarkən buna etiraz edən İrandakı soydaşlarımız həbs edilib, müxtəlif təzyiqlərə məruz qalıblar. İran ərazisində yaşayan soydaşlarımız hər zaman Azərbaycana mənəvi dəstək göstərib, İranın aqressiv hərəkətlərinə qarşı çıxıblar. İranın bu addımları davam etsə, soydaşlarımız da bütün təzyiqlərə baxmayaraq, yenə də etiraz səslərini ucaldarlar. İran Azərbaycanla normal qonşuluq siyasəti həyata keçirmək istəyirsə, Ermənistana qarşı dəstək fəaliyyətini dayandırmalıdır”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top