Deputat: “Azərbaycanda talışların rahat yaşaması üçün lazım olan şərait yaradılıb”


GÜNDƏM 20 sen 2021, 16:44
"Azərbaycanda təkcə cənub zonasında 200-300 min talış yaşayır. Onların rahat yaşaması üçün lazım olan şərait təmin edilib. "Talış" sözünün və talış dilinin qadağan edilməsi ilə bağlı söylənilən fikirlər absurddur. Hələ deputat olduğum müddətdə talışlardan heç kim, heç bir vətəndaş mənə bununla bağlı şikayət etməyib. Deyilən fikirlərlə qətiyyən razı deyiləm".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisdə 73 saylı Lənkəran şəhər seçki dairəsini təmsil edən Rüfət Quliyev deyib.

Deputat bildirib ki, o, indiyə qədər parlament "talış" sözünün istifadəsinin qadağan olunması ilə bağlı heç nə eşitməyib: "Ölkə əhalisinin təxminən 9-10 faizi etnik azərbaycanlı deyil. Onların arasında talışlar, ləzgilər, tatlar, ruslar, belaruslar, gürcülər və s xalqların və millətlərin nümayəndələri yaşayır. Etnik azlıqların ölkədə yaşaması üçün lazım olan bütün şərait yaradılıb. Azərbaycanda talışlara münasibət gözəldir. Biz hamımız azərbaycanlıyıq, talış olmağın heç fərqi yoxdur. Azərbaycanda hansısa milli azlığı təmsil edən vətəndaşa heç bir məhdudiyyət qoyulmur".

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top