Ukraynada milli müxtəlifliklə bağlı beynəlxalq forumlara start verildi — FOTOLAR

MEDİA 20 sen 2021, 15:39
Ukraynanın Zakarpatiye vilayətinin Ujqorod şəhərində “Ukrayna 603.7 (Qərbi Ukrayna-Avropanın müxtəlifliyi)” adlı beynəlxalq forum keçirilib.

“Report”un Şərqi Avropa bürosunun da dəvət aldığı forum Ukrayna Ali Radasının “Ukrayna 603.7” Fraksiyalararası Deputatlar Assosiasiyasının təşəbbüsü ilə baş tutub. Forum assosiasiyanın həmsədrlərindən deputat Yelizaveta Yaskonun təşəbbüsü ilə baş tutub. Forumun təşkilində Ukraynadakı Konrad Adnauer Fondu, İsveçrənin Ukrayanadakı Səfirliyi, Transkarpat Regional Şurası və Zakarpatiya vilayət Şurası əməkdaşlıq edib.

Qeyd edək ki, 603.7 rəqəmi simvolik olaraq işğal olunmuş Donbas və Krım da daxil olaraq Ukraynanın ərazisini əhatə edən kvadrat kilometrdən götürülüb.

Xarici ekspertlərin və ölkədəki milli azlıqların nümayəndələrinin də qatıldığı forumda mövzular üzrə panellər keçirilib. Panelləri əhatə edən mövzular qlobal, regional və ümumukrayna üzrə aktual məsələləri əhatə edib. “COVID-19 testi”, “Qərbi Ukrayna: enerji və müdafiə”, “Müxtəliflikdə güc: informasiya təhlükəsizliyi”, “Regional inkişaf: iqtisadiyyat insanlar üçün”və digər mövzular ətrafında dialoqlar qurulub.

Panellərdə deputatlar Yelizaveta Yasko, Mixail Laba, Anatoliy Kostyuk, Yevgeni Akimov, Yuriy Kamelçuk, Mikola Rumyantsev, Dmitri Lubinets, Zakarpatiya vilayət Radasının sədri Oleksiy Petrov, Ukrayna Prezident Ofisi İslahatlar üzrə İcraiyyə Komitəsinin Zakarpatiya bürosunun rəhbəri, Zakarpatiya vilayət qubernatoru və Rada rəhbərinin müşaviri Vladislav Antipin, Ukrayna Dövlət Radio Tezlikləri mərkəzinin rəhbəri İqor Luçko, Macarıstanın Ujqorodda Baş konsulu Tomaş Bezzeq Eleonora Kulçar, “Zakarpattyaenergozbut” MMC -nin direktoru Nataliya Nimets, ölkədəki etnik xalqların nümayəndələri, yerli və xarici ekspertlər iştirak ediblər.

Gün ərzində davam edən panellərdə, eyni zamanda, Ukraynanın şərqində ölkəyə qarşı baş verən separatizmdən və bunun nəticələrindən də bəhs olunub. Ukraynada etnik azlıqların fəallığı, infrastrukurun inkişafı, region ölkələri ilə əməkdaşlığın genişləndirilməsi, Avropaya inteqrasiya, xüsusilə enerji və turizm sahəsi ilə bağlı maraqlı çıxışlar və təkliflər səsləndirilib.

Bildirilib ki, bu forum Ukraynanın Mariupol, Xerson və Çerniqov bölgələrində də davam edəcək.



Demokrat.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top