Amerikalı politoloq: “BMT Qarabağ məsələsinin həllində istəksizlik göstərdi”

DÜNYA 19 sen 2021, 21:01
Türkiyənin Prezident Administrasiyası Kommunikasiya İdarəsində “COVID-19 sonrası təhlükəsizliyin yenidən inşası və ümidin bərpası: Türkiyənin beynəlxalq düzənə baxış bucağı” adlı tədbir keçirilib.
 
Tədbirə qatılan Duqlas və Sara Allison Xarici Siyasət Mərkəzinin rəhbəri Lyuk Cofi tədbirdəki çıxışında Qarabağ məsələsinə də toxunub.
 
“Yalnız bir il öncəki Qarabağ savaşına baxa bilərik. Bu müharibədə Azərbaycan münaqişənin BMT və ATƏT tərəfindən təxminən 30 il ərzində uğursuz nizamlanmasından sonra 90-cı illərdə qəbul edilmiş dörd BMT qətnaməsini özü icra etməyə məcbur qaldı. BMT bu məsələnin həllində tam olaraq istəksizlik və könülsüzlük nümayiş etdirdi”, - deyə amerikalı politoloq bəyan edib.
 
O, buna səbəb kimi təşkilatın Təhlükəsizlik Şurasının daimi üzvləri arasındakı ziddiyyətləri göstərib.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top