İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

HADİSƏ 18 sen 2021, 16:44
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb.

"Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb.

O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır.

Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonunundan olan İ.Mirzəyev 10 ildən çoxdur bu ölkədə yaşayır. O, Arvikada tikinti şirkətində çalışırdı.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top