Pelenin səhhəti yenidən pisləşdi

İDMAN 18 sentyabr 2021, 00:13
Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib.

O, San-Pauludakı “Albert Enşteyn” xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb.

Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib.

Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsində tezliklə aradan qaldırılacağı bildirilib.

Qeyd edək ki, sentyabrın 6-da Pele yoğun bağırsağındakı şişin çıxarılması üçün əməliyyat olunub. Ayın 14-də isə o, adi palataya köçürülüb./oxu.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 iyul 2025, 10:31
12 iyul 2025, 10:26
Top