Cib kalkulyatoru və ev kompüterlərinin ixtiraçısı vəfat edib

DÜNYA 17 sentyabr 2021, 21:59
Cib kalkulyatoru və ev kompüterinin yaradıcısı, britaniyalı ixtiraçı Klayv Sinkler vəfat edib.

81 yaşlı alim Londonda uzun sürən xəstəlikdən sonra ölüb.

Klayv Sinkler ev kompüterlərinin yayılmasında əhəmiyyətli rol oynayıb. 1961-ci ildə, 21 yaşında olarkən Sinkler cib kalkulyatoru istehsal edən “Sinclair Radionics”i yaradıb. 1973 -cü ildə “Sinclair Research” adlı yeni bir ev kompüter şirkəti qurub. Şirkətin buraxdığı ilk kompüterlər ZX80 və ZX81 (1980 və 1981-ci illərdə) o dövrün digər kompüterlərindən təxminən beş dəfə ucuz idi.

1982-ci ildə çıxan “ZX Spectrum” Avropanın ən çox satılan kompüterlərindən birinə çevrildi və Böyük Britaniyada oyun sənayesinin inkişafında həlledici rol oynadı.

Sinkler 1983-cü ildə qazandığı uğurlara görə “Cəngavər” tituluna layiq görüldü.

“Sinclair Research” həmçinin ticari olaraq müvəffəqiyyət qazana bilməyən “Sinclair C5” üç təkərli elektrikli avtomobili və “Sinclair TV80” portativ televizor da istehsal edib. /oxu.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top