Məhkəmə Koçaryanı Moskvaya buraxmadı


REGİON 17 sen 2021, 20:04
Bir həftə əvvəl Rusiyanın hakim Vahid Rusiya Partiyası tərəfindən Moskavaya dəvət olunan Ermənistanın keçmiş Prezidenti, müxalif “Ermənistan” Alyansının rəhbəri Robert Koçaryana ölkədən çıxmaq qadağan olunub.
 
Məlumatı Ermənistan mətbuatı yayıb.
 
Birinci instansiya məhkəməsi Koçaryanın ölkədən getməsinə razılıq verməyib.
 
Məhkəmənin qərarında deyilir ki, hazırda R.Koçaryanın rüşvət iddiası ilə mühakiməsi davam etdiyindən, eks-prezident ölkədən çıxa bilməz.
 
Qeyd edək ki, Rusiyanın hakim partiyası Koçaryanı siyasi məsləhətləşmələr üçün Moskvaya çağırmışdı.  (Report)


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 okt 2021, 19:17
Top