İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

MƏDƏNİYYƏT 17 sen 2021, 16:18
Prezident İlham Əliyev tarzən, Xalq artisti, professor Vamiq Məmmədəliyevə üçotaqlı mənzil hədiyyə edib.

Bu barədə “Qafqazinfo”ya sənətkarın özü məlumat verib.

Onun sözlərinə görə, ev ona 75 illik yubileyi münasibətilə verilib: "Prezidentin mənzil şəraitimin yaxşılaşdırılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə verdiyi tapşırığa əsasən mənə verilən ev hədiyyəsi ailəmizdə böyük sevinclə qarşılandı. Bu, həm də musiqimizə, muğam sənətinə verilən misilsiz dəyərdir”.

Qeyd edək ki, bu il iyunun 9-da V. Məmmədəliyevin 75 yaşı tamam olub. 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top