“WhatsApp”a yeni funksiya gəlir

İKT 16 sen 2021, 19:40
“WhatsApp” mağazaların və xidmətlərin tapılması funksiyasını test edir.

Bunu  messencerin icraçı direktoru Uill Ketkart deyib.

“Yaxınlıqdakı müəssisələr” adı verilən funksiya “Android” smartfonlarının istifadəçiləri üçün əlçatandır. Hazırda testləşdirmə yalnız Braziliyanın San-Paulu şəhərini əhatə edir. Lakin yaxın gələcəkdə tətbiqdə mağazaların axtarışı dünyanın digər ölkələrində də mümkün olacaq.
Messenger əmin edir ki, yeni funksiya tam məxfiliyi nəzərdə tutur. Belə ki, tətbiq istifadəçilərin yerini və ya funksiya vasitəsilə baxdığı şirkətlər haqqında şəxsi məlumatları izləməyəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top