Dünyanın ən nüfuzlu insanları açıqlandı

MARAQLI 16 sen 2021, 09:22
ABŞ-ın “Time” jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb.

100 nəfərdən ibarət siyahı “Liderlər”, “İxtiraçılar”, “İncəsənət xadimləri”, “Yenilikçilər” kimi bir neçə bölməyə ayrılıb.

Siyasətçilər arasında reytinqə ABŞ-ın hazırki rəbərliyi (prezident Co Bayden və vitse-prezident Kamala Harris) ilə yanaşı, keçmiş prezident Donald Tramp, habelə Çinin dövlət rəhbəri Si Cinpin, İsrail Baş naziri Naftali Bennet kimi şəxslər daxil edilib.

İş adamlarından “Tesla” və “Space X”-in rəhbəri İlon Mask, həmçinin “Apple” şirkətinin başçısı Tim Kuk, şou-biznez dünyasından isə müğənnilər Billi Ayliş və Britni Spirs, aktrisalar Skarlet Yohanson və Keyt Uinslet siyahıda yer alıb.

Qalmaqallı Britaniya şahzadəsi Harri və həyat yoldaşı Meqan Markl da dünyanın ən nüfuzlu şəxslərindən hesab olunub.(oxu.az)

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top