“Taliban” amnistiya vədinə baxmayaraq keçmiş zabiti öldürdü

DÜNYA 16 sen 2021, 00:28
Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” üzvləri qarşı tərədə döyüşənlərin əfv ediləcəyinə dair vədə baxmayaraq Hərbi Hava Qüvvələrinin keçmiş zabitini öldürüblər.

APA xəbər verir ki, bu barədə RİA Növösti-yə Əfqanıstandakı mənbə bildirib.

Qeyd edək ki, daha əvvəl “Taliban” əvvəlki hökumətə sadiq olan və ordu da daxil olmaqla hər kəsin əfv olunacağını vəd etmişdi. Hətta

“Taliban” sözçüsü Zabiullah Mücahid xarici qüvvələrlə işbirliyi quran əfqanların da bağışlanacağını bildirmişdi. “Wall Street Journal”ının dərc etdiyi xəbərə görə, vəd edilmiş amnistiyaya baxmayaraq, hərbçilər özlərinin və ailələrinin təhlükəsizliyindən qorxaraq ölkəni tərk etməyə üstünlük verirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top