Ağstafada 17 yaşlı oğlan bıçaqlandı

KRİMİNAL 15 sen 2021, 14:47
Ağstafa rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Xılxına kəndində qeydə alınıb.

Belə ki, 17 yaşlı şəxs bir neçə bıçaq xəsarəti alıb. Daha sonra o, xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi isə hələlik məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top