Şuşada hərbi yürüş keçirildi — VİDEO

QARABAĞ 15 sen 2021, 14:01
Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü münasibətilə Şuşa şəhərində hərbi yürüş keçirilib.

Demokrat.az xəbər verir ki, hərbi qulluqçular orkestrin müşayiəti ilə yürüş ediblər.

Qeyd edək ki, bu gün Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının ildönümüdür.

1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.
 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top