Ermənistanda koronavirusa yoluxanların sayı 250 mini ötdü

REGİON 15 sen 2021, 14:21
Ermənistanda daha 756 nəfər COVID-19-a yoluxub.

Demokrat.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 250 559-a çatıb. Son sutkada koronavirusdan 22 nəfər ölüb. Bununla da koronavirusdan vəfat edənlərin sayı 5 056-ya yüksəlib.

Koronavirusa yoluxan 233 910 nəfər sağalıb. Hazırda 10 412 pasiyent müalicə olunur.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top