Sabirabadda yük maşını ilə “VAZ-2107” toqquşdu — Ölən var

HADİSƏ 15 sen 2021, 09:22
Sabirabadda ölümlə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə səhər saatlarında Şəhriyar kəndində qeydə alınıb.

Belə ki, “KamAZ” markalı yük maşını ilə “VAZ-2107” markalı avtomobil toqquşub. İlkin məlumata görə, qəza nəticəsində bir nəfər ölüb, daha bir nəfər isə xəsarət alıb. Onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Sabirabadda “KamAZ”la “VAZ-2107” toqquşub, ölən və yaralanan var


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top