BMT Baş Assambleyasının yeni rəhbəri prioritet məsələləri açıqladı

DÜNYA 15 sen 2021, 08:43
“BMT Baş Assambleyasının icra gücü Təhlükəsizlik Şurasından daha çoxdur. Baş Assambleya 193 üzv ölkəni təmsil edən yeganə qurumdur və bu qurumun qərarlarını beynəlxalq vicdan verir”.

Demokrat.az xəbər verir ki, bunu BMT Baş Assambleyasının 76-cı sessiyasının yeni prezidenti, Maldivin xarici işlər naziri Abdulla Şahid sələfindən səlahiyyətlərini təhvil aldıqdan sonra keçirdiyi mətbuat konfransında deyib.

Bir il ərzində 76-cı sessiyaya rəhbərlik edəcək A.Şahid fəaliyyəti müddətində onun üçün prioritet olan məsələlərdən danışıb və jurnalistlərin suallarını cavablandırıb.

Dünya ölkələrində qadın hüquqlarının qorunmasının, gender bərabərliyi üçün güclü müdafiəçi olacağını deyən A.Şahid həmin mövzuda həssaslığını dilə gətirib: "Bu gün sadəcə Əfqanıstanda deyil, dünyanın hər yerində hüquqları pozulan qadınlar var. Biz onların müdafiəçisi olmalıyıq və olacağıq".

Yeni sessiya iqlim dəyişikliyi və ətraf mühit mövzusunda bir neçə böyük konfransa ev sahibliyi edəcək. A.Şahid beynəlxalq ictimaiyyəti bir araya gətirmək üçün ona verilən gücdən istifadə edərək, planetimizin üzləşdiyi qlobal istiləşmə, meşə yanğınları və s. kimi ümumi problemlər mövzusunda xüsusi sessiyalar təşkil etmək niyyətində olduğunu əlavə edib.

A.Şahid 2022 -ci ilin sonuna qədər xüsusi ilə ehtiyac içində ölkələrinin koronavirusa qarşı vaksinlərlə təmin olunması üçün tədbirlər planı hazırlandığını bildirib.

Diplomat sessiya ərzində Əfqanıstanda baş verənlərə dair beynəlxalq birliyin mesajının çatdırılması və vacib qərarların qəbul edilməsi ilə bağlı Baş Assambleyanın ciddi işlər görəcəyinə diqqət çəkib. O, BMT-nin bölgədə fəaliyyətini davam etdirəcəyini vurğulayıb.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 apr 2024, 08:29
Top