Bakıda bu evlərin kirayə qiyməti ucuzlaşdı

SOSİAL 14 sen 2021, 21:25
Bakıda istirahət üçün kirayə verilən bağ və fərdi yaşayış evlərinə tələbat azaldığı üçün kirayə qiymətləri ucuzlaşıb.

Bu barədə Trend-ə "MBA Group" konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib.

N.İbrahimov bildirib ki, avqust ayında kirayə bağ və fərdi yaşayış evinin 1 kvadratmetr sahəsinin qiyməti 7,57 manatdan 7,52 manata düşüb, yəni ay ərzində azalma 0,66 faiz təşkil edib. Ötən illə müqayisədə isə azalma 7,69 faiz təşkil edib.

Ekspert qeyd edib ki, qiymətlərin ucuzlaşması mövsümi xarakter daşıyır: “Artıq yay mövsümü başa çatıb, istirahətə gedənlər geri dönür və ona görə də kirayə qiymətləri azalır. Qarşıdakı dövrdə kirayə qiymətlərinin bir qədər də ucuzlaşacağı gözlənilir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top