Səyyad Əlizadənin son durumu açıqlandı

ŞOU-BİZNES 14 sen 2021, 10:14
Koronavirusa yoluxan müğənni Səyyad Əlizadənin son durumu açıqlanıb.

Qohumu "Report"a bildirib ki, müğənninin vəziyyətində heç bir irəliləyiş yoxdur.

"Həkimlərlə danışmışıq. Dedilər ki, Səyyad Əlizadənin durumu sabit ağır olaraq qalır. Heç bir müsbət dəyişiklik yoxdur", - sənətçinin qohumu vurğulayıb.

Qeyd edək ki, müğənni Səyyad Əlizadə 10 gün əvvəl koronavirusa yoluxub. O, Zığ qəsəbəsində yerləşən moidul tipli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top