Şəhid jurnalistlərin xatirəsinə müsabiqə elan olundu


MEDİA 13 sen 2021, 18:45
"MediaTürk TV" şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə türkdilli dövlətlərin jurnalistləri arasında “Qırmızı Mürəkkəb” TV jurnalistika müsabiqəsi elan edib.

Müsabiqə iki nominasiyada - ən yaxşı telereportaj və ən yaxşı sənədli televiziya filmi nominasiyalarında keçirilir.
Süjet və sənədli televiziya filmlərinin məzmunu işğal, müharibə, münaqişə və təbii fəlakətlərin acı nəticələri, onların meydana çıxardığı insan faciələrini əhatə etməlidir. Müsabiqədə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan olan televiziya və online TV jurnalistləri iştirak edə bilər.
Müsabiqədə iştirak etmək üçün süjet və sənədli filmlər MP4 (H264 – 1920 x 1080) formatında wetransfer.com vasitəsilə [email protected] ünvanına göndərilməlidir. İştirakçılar 2021-ci il yanvarın 1-dən 2021-ci il oktyabrın 30-na qədər yayımlanmış süjet və sənədli filmlərini müsabiqəyə təqdim edə bilərlər.
Sənəd qəbulu oktyabrın 30-də başa çatacaq.

İştirakçıların müraciət üçün nəzərdə tutulan elektron məktub formasında aşağıdakılar qeyd olunmalıdır:
Adı, Soyad, Ata adı;
Çalışdığı media orqanı;
Müraciət etdiyi nominasiya;
İş ünvanı;
İş telefonu;
Mobil telefon (WhatsApp və ya Telegram olan);
E-mail ünvanı
[email protected] ünvanına göndərilməlidir.
Müsabiqədə hər nominasiya üçün 3 yer və 3 mükafat nəzərdə tutulub:
I Yer – 2 000 manat
II Yer – 1 000 manat
III Yer – 700 manat
Müsabiqə ilə bağlı əlavə suallar və müraciət üçün qeyd edilən əlaqə vasitələrindən istifadə etmək olar:
Tel: (+ 994 12 497 87 42); (+ 994 50) 999 66 56
E-mail: [email protected]

Qeyd edək ki, müsabiqənin qalibləri 8 Noyabr - Zəfər Günü elan olunacaq.
Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirən AZƏRTAC-ın əməkdaşı M.İbrahimov və AzTV-nin operatoru S.Abışov iyunun 4-də onları aparan nəqliyyat vasitəsinin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində ermənilərin basdırdığı tank əleyhinə minaya düşməsi nəticəsində şəhid olublar.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top