Türkiyə səfiri Əliağa Vahidin heykəli ilə bağlı: “Ən maraqlı heykəldir”

İNCƏSƏNƏT 13 sen 2021, 13:16
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Əliağa Vahidin İçərişəhərdəki heykəli ilə bağlı maraqlı paylaşım edib.

Demokrat.az xəbər verir ki, səfir heykəlin unikallığına diqqət çəkib:

“Dünyada gördüyüm ən maraqlı heykəldir. Şair və sənətkar Əliağa Vahidin həyat hekayəsi heykəlinin üzərində təsvir edilib”.

Qeyd edək ki, Əliağa Vahidin heykəli 1989-cu ildə hazırlanıb. Heykəlin müəllifi Natiq Əliyev və Rahib Həsənov, memarı isə Sənan Salamzadədir.

Bir neçə ay ərzində davam edən yaradıcılıq prosesi 1990-cı ilin martında tamamlanıb.
 


Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top