"Sühməramlıların yeni komandirinin Ermənistandan Qarabağa gəlməsi qanun pozuntusudur" — Deputat

QARABAĞ 12 sen 2021, 14:44
"Rusiyalı sülhməramlıların yeni komandanı Mixail Kosobkovun ilk Ermənistana səfər etməsi qanunsuzluqdur".

Bu sözləri Demokrat.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.

Deputat bildirib ki, Rusiya sülhməramlı kontingentinin komandanı vəzifəsinə yeni təyin olunmuş general-mayor Mixail Kosobokov ilk olaraq Azərbaycana gəlməli idi:

“Rus sülhməramlılarına yeni komandiri təyin olundu və o, ilk səfərini Ermənistana edərək, müdafiə naziri ilə görüşdü. Daha sonra Ermənistan ərazisindən Qarabağa gəldi. Bu, qanun pozuntusudur. Yeni təyin olunmuş komandir ilk Azərbaycana gəlməli, Azərbaycanın müdafiə naziri ilə görüşməli və daha sonra Qarabağa getməli idi. 

Düşünürəm ki, Azərbaycan bu məsələ ilə bağlı da öz etirazını bildirməlidir. Sülhməramlı qüvvələrin Ermənistana hansısa aiddiyatı yoxdur, onların məsuliyyət zonaları da məhz Azərbaycan ərazisidir. Yeni komandan ilk görüşlərini Azərbaycan ərazisində keçirməli idi” - deyə V.Əhmədov qeyd edib.

Aygül Qarayeva 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top