Şuşalıların dədə-baba torpaqlarına növbəti səfəri başlayıb

SOSİAL 12 sen 2021, 14:28
Şuşalıların işğaldan azad olunmuş dədə-baba torpaqlarına növbəti səfəri başlayıb.

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkil etdiyi səfər çərçivəsində şəhər sakinləri şəhərin müxtəlif yerlərində, o cümlədən Cıdır düzü, Qala divarları, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət ediblər.
Səfər zamanı sakinlər öz evlərini də ziyarət etmək imkanı qazanacaqlar.

Xatırladaq ki, şuşalıların Şuşaya ilk səfəri avqustun 19-da olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top