Gecə klubuna görə işdən çıxarılan rəisin yerinə TƏYİNAT

GÜNDƏM 11 sen 2021, 15:13
Bakıda "İnfiniti” və "Extra” gecə klublarında karantin rejiminin pozulması faktı ilə bağlı işdən çıxarılan 17-ci Polis Şöbəsinin rəisi, polis polkovniki İltimas Yusiflinin yerinə təyinat olub. 
 
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov bununla bağlı müvafiq əmr imzalayıb.
 
Sabunçu rayon Polis İdarəsinin 42 Polis Bölməsinin rəisi, polkovnik-leytinat Azər Məmmədov tutduğu vəzifəsindən azad olunaraq, 17-ci Polis Şöbəsinin rəisi təyin olunub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top