Cəlilabadda gənci döyüb baltaladılar


KRİMİNAL 11 sen 2021, 17:10
Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Şükürlü kəndində qeydə alınıb.

Belə ki, Şükürlü kənd sakini, 18 yaşlı Şəbi Şəbiyev evlərində bir neçə şəxs tərəfindən döyülüb.

Ağır xəsarət alan Ş.Şəbiyevə baş nahiyyəsindən balta xəsarəti də yetirilib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hazırda hadisənin təfərrüatı dəqiqləşdirilir.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top