ABŞ səfirliyində 11 sentyabr faciəsinin qurbanları yad edilir

XARİCİ SİYASƏT 11 sen 2021, 11:58
ABŞ-ın Azərbaycandakı səfirliyində 11 sentyabr terror hücumlarının qurbanları yad edilir.

Demokrat.az xəbər verir ki, səfirliyin “Facebook” səhifəsindən paylaşılan xəbərdə qeyd olunur:

“11 sentyabr hadisələri Amerikanı və bütün dünyanı dəyişdirdi. Həlak olmuş qəhrəmanların xatirəsini yad etmək üçün bu gün bizə qoşulun”.

Xatırladaq ki, 2001-ci ilin 11 sentyabrında “Əl-Qaidə” terror təşkilatının 19 üzvü ABŞ-da ələ keçirdikləri 4 sərnişin təyyarəsinin ikisini Nyu-Yorkda o vaxt üçün ən hündür tikili olan “World Trade Center”in binalarına, digərini isə Vaşinqton yaxınlığındakı Pentaqon binasına çırpıblar. Dördüncü təyyarə isə Pensilvaniya ştatı üzərində qəzaya uğrayıb. Terror hücumları nəticəsində 2977 nəfər həyatını itirib.

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top