“Facebook” foto və video çəkən “ağıllı eynək”lərini təqdim edib — FOTO

İKT 10 sen 2021, 20:47

“Facebook” yeni “ağıllı eynək”lər seriyasını təqdim edib.

Demokrat.az xəbər verir ki, bu barədə şirkətin rəsmi saytından məlumat yayılıb. Eynəklər “EssilorLuxottica” və “Ray-Ban” ilə birgə hazırlanıb. “Ray-Ban Stories” adlanan texniki vasitə ilə foto və video çəkmək, mediafaylları paylaşmaq, musiqi dinləmək və zəng etmək mümkündür.

Eynəklər foto və 30 saniyəlik video çəkməyə imkan verən 5 meqapiksellik kamera, mikrofon, eləcə də dinamiklə təchiz olunub. “Ağıllı eynək”lərin yeni seriyası 20 fərqli dizaynda satışa çıxarılıb. Onları onlayn şəkildə əldə etmək mümkündür.

Eynəklərin qiyməti 299 dollardan başlayır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top