“Əli Həsənovla birlikdə milyonları mənimsəyənlər Mürvət Həsənli ilə Abdin Fərzəliyevdir”


GÜNDƏM 10 sen 2021, 15:45
“Uzun müddətdir ki, ölkənin Baş Prokuroru Kamran Əliyevə KİVDF işində ciddi qanun pozuntularına yol verildiyini yazıram, ancaq heç bir cavab almadım. KİVDF işində bütün cinayətlərin başında Prezidentin keçmiş köməkçisi Əli Həsənovun durduğunu artıq bu iş üzrə həbsdə olan Vüqar Səfərli də bildirir. 

Bu iş üzrə "Xəmsə" və "Altun" restoranlarının icarədərları da cinayət məsuliyyətinə cəlb edilib və haqlarında həbssiz qətimkan tədbiri seçilib. Bilirsinizmi niyə?! Prokurorluq çox gözəl bilir ki, icarədarlar o restoranlardan qərar qəbul edib milyonlar mənimsəyənlər olmayıblar, onlar sadəcə inzibatçı vəzifəsini yerinə yetiriblər və onlar haqqında həbslə bağlı qərar verilərsə susmayacaqlar, həqiqi cinayətkarların adlarını çəkəcəklər. Prokurorluq da onlara söz verib ki, susacaqları təqdirdə onlar haqqında şərti cəza veriləcək və çəkdikləri əzablara görə də əsas suçlular lazım gələni edəcəklər”.

Demokrat.az xəbər verir ki, bunu hüquqşünas Aslan İsmayılov bildirib.

“Bu restoranlarda qərar qəbul edən və Əli Həsənovla birlikdə milyonları mənimsəyənlər həmin restoranların sahibləri olublar. "Xəmsə" restoranının sahibi Mürvət Həsənli, "Altun" restoranın sahibi isə Nərimanov rayonunun icra başçısı Abdin Fərzəliyevdir. Bunun üçün uzun istintaqa, böyük araşdırmaya ehtiyac da yoxdur. Dövri mətbuatda adları çəkilən şəxslərin Əli Həsənovla işbirliyini araşdırmaq kifayət edir”.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top