Azərbaycan BMT-də Ukraynanın lehinə səs verdi — Radikalların növbəti iflası…

SİYASİ 10 sen 2021, 13:55
"Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində vəziyyət haqqında" məsələ BMT Baş Assambleyasının 76-cı sessiyasının gündəminə daxil edilib. Keçirilən səsvermədə 71 ölkə lehinə, 12-si əleyhinə səs verib, 45-i bitərəf qalıb.

Azərbaycan da Ukraynanı dəstəkləyib və lehinə səs verib.

Postsovet ölkələrindən yalnız Ermənistan, Belarus və Qazaxıstan Rusiyanın yanında yer alıb.

Azərbaycanın avqustun 23-də keçirilən “Krım Platforması”nda iştirak etməməsini “tarixi uğursuzluq” kimi qələmə verənlərin iddiaları növbəti dəfə alt-üst oldu. Azərbaycanda marginal qrupların qərhəbləri, siyasi mühacirlərin bir qismi iddia edirdi ki. Azərbaycan bu platformada iştirak etməməklə doğru addım atmayıb. Hətta bunu Ukraynaın Qarabağ probleminin Azərbaycana dəstəyi fonunda “xəyanət” kimi qiymətləndirənlər də tapıldı. Heş şübhəsiz, bu, ölkəmizdəki ənənəvi və siyasi proseslərdən heç vaxt düzgün nəticə çıxarmağı bacarmayan radikalların gəldiyi qənaət idi.

Bəs biz nə deyridik?

İfadə etmişdik ki, Azərbaycanın “Krım Platforması”nda iştirak etməməsi diplomatik baxımdan doğru addımdır. Həmçinin, Azərbaycan Qoşulmama Hərəkatında təmsil olunur, bu da diplomatik təmkin tələb edir. Digət tərəfdən, Azərbaycan beynəlxalq təşkilatlarda Ukraynanın ərazi bütövlüyünü tanıyıb və bundan sonra da belə olacaq.

Bu gün nə baş verdi?

Azərbaycan Ukraynanın lehinə səs verməklə özünün ədalətli və konturları dəqiq hesablanmış xarici siyasətini nümayiş etdirmiş oldu.

Ermənistanın yenidən Rusiyanın yanında yer alması özünün işğalçılıq siyasəti ilə bağlıdır. Rusiyanın diktəsi ilə hərəkət edən Ermənistan rəhbərliyi düşünür ki, qısa müddət sonra rəsmi Yerevan da beynəlxalq qınaqla üz-üzə qalacaq. Hələki Rusiya sülhməramlılarının kölgəsi altında Qarabağda terrorçu qruplaşma şəklində mövcudluğunu qoruyan Ermənistan beynəlxalq aləmin ağır şərtləri ilə üzləşməli olacaq. Neçə ki, BMT vaxtilə qətnamələr qəbul etmişdi. Düzdür, Ermənistan bu qətnamələri yerinə yetirməkdən yayınsa da, ədalət gec-tez öz yerini tapdı.

Qeyd edim ki, 2014-cü ildə BMT-nin Baş Assambleyası Krımın Rusiyaya birləşdirilməsinin qanunsuz olması və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul edib.

100 ölkə sənədin lehinə, 11-i əleyhinə səs verib, 58 ölkə isə bitərəf qalıb. Qətnamənin əleyhinə Ermənistan, Belarus, Boliviya, Kuba, Şimali Koreya, Nikaraqua, Rusiya, Sudan, Suriya, Venüsuela və Zimbave səs veriblər. Azərbaycan isə lehinə səs verən ölkələr arasındadır. Keçmiş Sovet respublikalarından Qazaxıstan və Özbəkistan isə bitərəf qalıb. Qırğızıstan, Tacikistan və Tükmənistan isə səs verməyiblər.

Samir Feyruzov
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top