Qələbəmiz gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayacaq

GÜNDƏM 10 sen 2021, 10:30
Cəmi 44 gün davam edən II Qarabağ müharibəsi Azərbaycan Ordusunun qüdrətini dünyaya nümayiş etdir­di. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyuldu və ölkəmizin ərazi bütövlüyü təmin olundu. Bu müharibədə xalqımı­zın həmrəyliyi, xüsusilə gənclərimizin göstərdiyi şücaət gələcək nəsillərə hərbi vətənpərvərlik məktəbinin bariz nümunəsi oldu. Bu məktəbin müdavimi olmaq, şəhidlərimizin xatirəsinə hörmətlə, Vətənin müdafiəsində sağlamlığını itirmiş insanlara diqqət və qayğı ilə yanaşmaq hər birimizin borcudur.

Artıq Azərbaycanda mükəmməl vətənpərvər gənc nəsil yetişib. Prezidenti İlham Əliyev Fərid Qayı­bovu gənclər və idman naziri təyin olunması münasibətilə videoformatda qəbul etdiyi zaman da bu məsələni diqqətə çatdırdı. Gənclərimizin hərbi vətənpərvərlik ruhunda daha mükəmməl yetişmələri üçün dəyərli məsləhətlər verdi.

Ümumiyytlə, ölkəmizdə gənc nəslə xüsusi diqqət və qayğı göstərilməsinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli lider ölkəyə rəhbərlik etdiyi dövrlərdə gənclərə inanıb, güvənib, onların hərtətrəfli biliyə malik olma­ları, hərbi vətənpərvərlik ruhunda yetişmələri üçün bütün imkanlardan istifadə edib. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, gənclərimizin əksəriyyəti böyük qürur hissi ilə deyə bilərlər ki, onlar müstəqillik illərində – ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə for­malaşmış nəslin nümayəndələridir. Halbuki, müstəqilliyimizin ilk illərində digər sahələrdə olduğu kimi, ordu­da da vəziyyət acınacaqlı idi. Hərbi xidmətdən boyun qaçırma halları geniş vüsət almışdı. Respublikamızda saysız- hesabsız fərari gənclər var idi. Amma ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ordu quruculuğu sahəsində əsaslı islahat­lar aparıldı. İnsanların dövlətçiliyə və orduya inamı daha da artdı. Hərbi xidmətdən yayınan gənclər ulu öndərin müraciətindən sonra xidmət etdikləri hərbi hissələrə qayıtdılar. Bundan sonra gənclər arasında fərariliyə birdəfəlik son qoyuldu.

Bütün sahələrdə ulu öndərin siyasi kursuna sadiqliyini nüma­yiş etdirən Prezident İlham Əliyev Azərbaycan gəncliyinin inkişafını daim diqqətdə saxalyıb. Həmin diqqət və qayğını yaxından hiss edən və yüksək dəyərləndirən gənclərimiz bu gün dövlət başçımızın ətrafında sıx birləşiblər. Onların Prezident, Ali Baş Komandan İlham Əliyevin fərmanı ilə hərbi xidmətə böyük ruh yüksəkliyi ilə getmələri, II Qarabağ döyüşlərində xüsusi şücaət göstərmələri gənclərə aşılanmış hərbi vətənpərvərlik sevgi­sinin təsdiqidir.

Söz yox ki, torpaqlarımızın işğaldan azad edilməsində müxtəlif nəsillərin nümayəndələri var idi. Ancaq, döyüşlərdə iştirak edənlər arasında gənclərimiz daha çox idi. Onlar qorxmadan, çəkinmədən düşmənlərimizə güclü müqavimət göstərdilər. Gənclər əsl vətənpərvərlik və qəhrəmanlıq nümunəsi göstərərək canlarından keçdilər, şəhid oldular, sağlamlıqlarını itirdilər, lakin qarşıya qoyulan məqsədə nail oldular – Azərbaycan tarixinə şanlı, unudulmaz Zəfər səhifəsini yazdılar. Bu gün gənclərimiz fəxrlə, qürurla deyirlər ki, onlar qalib Azərbaycanın gəncləridir. Bundan sonra torpaqlarımızın işğal günü xatırlanmayacaq, Qələbə Günü qeyd ediləcək.

Dövlətimizin başçısı Fərid Qayı­bovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul etdiyi zaman da gənclərimizin tərbiyə edilməsi prosesinin diqqət mərkəzində saxlanılmasının zərurliyini bildirdi və onların ənənəvi dəyərlər əsasında tərbiyə olunma­sını tövsiyə etdi. Ölkə başçısı qeyd etdi ki, Azərbaycan dəyərləri, milli dəyərlərimiz bizim üçün əsas prin­sipdir və gənc nəsil də milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdır.

Ölkə rəhbəri Qarabağ müharibəsindəki parlaq tarixi zəfərimizdən söhbət açdı və vur­ğuladı ki, bu qələbə gənclərin tərbiyəsində əsas rol oynamalıdır: “44 günlük Vətən müharibəsinin hər günü bizim üçün əzizdir, doğmadır. Vətən uğrunda öz canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bizim üçün doğmadır, bizim üçün müqəddəsdir və gənclər bu nümunələr əsasında tərbiyə almalıdırlar. Bizim gənclər artıq müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər. Bunun çox böyük mənəvi və psixoloji mənası var. Uzun illər Azərbaycan işğala məruz qalmış ölkə, biz azərbaycanlılar isə düşmən tərəfindən öz doğma torpağından didərgin salınmış xalq kimi yaşamı­şıq, əzab-əziyyət içində yaşamışıq, fiziki və mənəvi əzablar içində yaşa­mışıq. Biz buna son qoyduq. Bundan sonra müzəffər xalq kimi, qalib ölkə kimi, qürurlu insanlar kimi əbədi yaşa­yacağıq”.

Çingiz Qənizadə,
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top