Bakıda taksi sürücülərinin yer üstündə davası ölümlə nəticələndi

KRİMİNAL 09 sen 2021, 12:37
Bakıda taksi sürücülərinin yer üstündə dava etməsi ölümə səbəb olub. 

Binəqədi Rayon Prokurorluğundan verilən məlumata görə, Nizami Ağayev digər taksi sürücüsü Yaşar Ağayevlə avtomobilin saxlanma yeri üstündə mübahisə edib. 

Nəticədə onlar arasında dava baş verib. 

Dava zamanı Y. Ağayev N. Ağayevi yerə yıxıb. Hadisə nəticəsində N. Ağayev aldığı xəsarətlərdən vəfat edib. 

Y. Ağayev saxlanılıb. 

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırmalar aparılır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top