Azərbaycan gələn il 1 milyard dollardan çox borc qaytaracaq

MALİYYƏ 09 sen 2021, 10:01
2022-ci ildə Azərbaycanın dövlət büdcəsindən dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 1 912 milyon manat və yaxud 1 125 milyon ABŞ dolları xərclənməsi nəzərdə tutulub.

Demokrat.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, gələnilki büdcə xərclərinin 6,6%-i deməkdir.

2021-ci ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər 13% azalacaq.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top