Nazir müavininin səhhətində problem yarandı

SOSİAL 08 sen 2021, 16:57
“Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov işdən çıxarılmayıb. Gələn həftədən etibarən işinin başında olacaq. Sadəcə, səhhəti ilə əlaqədar müalicə alır”.

Bunu Oxu.Az-a Gənclər və İdman Nazirliyinin mətbuat katibi Qabil Mehdiyev deyib.

O bu gün yeni gənclər və idman naziri Fərid Qayıbovun kollektivə təqdimatı zamanı 65 yaşlı İsmayıl İsmayılovun iştirak etməməsinə aydınlıq gətirib:

“İsmayıl müəllimin bugünkü tədbirdə iştirak etməməsi çox adamın diqqətini cəlb edib. O, işdən çıxmayıb. Onun təyinatı və işdən çıxarılması Prezidentin Sərəncamına əsasən olur. Ötən həftədən səhhətinə görə müalicə alır. İnşallah, gələn həftədən işinin başında olacaq”.

Xatırladaq ki, dünən ölkə başçısı İlham Əliyev hazırda Avropa Gimnastikasının prezidenti olan Fərid Qayıbovu gənclər və idman naziri təyin edib. Bu gün isə onun nazirlikdə təqdimatı baş tutub. Orada nazir müavinləri – İntiqam Babayev və Fərhad Hacıyev iştirak etsə də, İsmayıl İsmayılov olmayıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top