Aslan İsmayılov: “İranla qonşu, dost münasibətinin olmasının tərəfdarıyam, amma...”

MEDİA 08 sen 2021, 11:58
“Bu mövzuya heç toxunmaq istəməzdim. Ancaq artıq bıçaq sümüyə dirənib. İran rejimi öz vətəndaşları olan azərbaycanlılara vaxtilə Ermənistanda azərbaycanlılara edilənləri təkrarlayır”.

Demokrat.az xəbər verir ki, bunu hüquqşünas Aslan İsmayılov bildirib.

“Orada da hər hiylə ilə azərbaycanıları sıxışdırıb öz doğma yurdlarından didərgin salırdılar. İndi də İran rejimi PKK kürdlərini azərbaycanlıların yaşadığı Sulduza köçürməklə süni konflikt ocağı yaradıb azərbaycanlıları öz doğma yurdlarından didərgin salmaq istəyirlər. İranı müdafiə edən vətəndaşlarımızdan çox xahiş edərdim ki, bu məsələyə də münasibət bildirsinlər. Birmənalı deyirəm ki, İranla qonşu, dost münasibətinin olmasının tərəfdarıyam. Ancaq qonşu düşmənçilik edəndə susmaq da olmur” – A.İsmayılov vurğulayıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top