Yeni gənclər və idman naziri kollektivə təqdim olundu

DAXİLİ SİYASƏT 08 sen 2021, 09:48
Azərbaycanın yeni gənclər və idman naziri Fərid Qayıbov kollektivə təqdim olunub.

Demokrat.az
xəbər verir ki, təqdimatı Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev edib.

PA rəsmisi təqdimat zamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən gənclər və idman siyasətindən danışıb.

Daha sonfra isə yeni nazirlə bağlı tədbir iştirakçılarına geniş məlumat verib.

Sonra çıxış edən gənclər və idman naziri Fərid Qayıbov Prezident İlham Əliyevə göstərdiyi etimada görə təşəkkürünü bildirib.

X X X

Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamla yeni gənclər və idman naziri Fərid Qayıbov qurumun kollektivinə təqdim olunur.

Demokrat.az xəbər verir ki, təqdimatı Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev edir.

Qeyd edək ki, Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamla Fərid Qayıbov gənclər və idman naziri təyin olunub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top