"Taliban"dan daha bir QƏRAR: ölkədə bu qanunlar fəaliyyət göstərəcək

DÜNYA 07 sen 2021, 23:30
Əfqanıstanda bundan sonra şəriət qanunları fəaliyyət göstərəcək.

Demokrat.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu “Taliban” hərəkatının lideri Heybətulla Axundzadə bildirib. Onun sözlərinə görə, gələcəkdə Əfqanıstanda bütün idarəçilik və həyat tərzi müqəddəs İslam qanunları ilə tənzimlənəcək.

“Biz öz qonşularımızla və digər ölkələrlə hörmətə və qarşılıqlı fəaliyyətə əsaslanan möhkəm, sağlam münasibətlər qurmaq istəyirik. Bu ölkələrlə bizim münasibətlərimiz Əfqanıstanın maraqlarına və mənfəətinə əsaslanacaq. Biz İslam qanunlarına və milli dəyərlərə zidd olmayan bütün beynəlxalq qanunlara, sazişlərə, qətnamə və öhdəliklərə sadiqik”, - deyə Axundzadənin bəyanatında bildirilir.
O həmçinin qeyd edib ki, “İslam əmirliyi” müqəddəs İslam dininin tələbləri çərçivəsində insanların və milli azlıqların hüquqlarının müdafiəsi üzrə ciddi və effektiv addımlar atacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top