“Taliban” yeni hökumətin tərkibini açıqladı

DÜNYA 07 sen 2021, 19:03
Taliban” hərəkatı Əfqanıstanın yeni hökumətinin tərkibini elan edib.

Bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

Bildirilib ki, yeni hökumətdə Baş nazir vəzifəsini Molla Məhəmməd Həsən Axund icra edəcək, onun müavini postunu isə Molla Abdul Qəni Bəradər tutacaq.

“Taliban”ın qurucusu Molla Ömərin oğlu Məhəmməd Yaqub Mücahid müdafiə naziri, Siracuddin Hakkani daxili işlər naziri, Molla Əmir Xan Muttaqi isə xarici işlər naziri təyin edilib.

“Taliban” hökumətin daimi deyil, keçid dövrü üçün müvəqqəti formalaşdırıldığını açıqlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top