“Ermənistan yeni əraziləri güzəştə gedəcək” — Zakaryan

REGİON 06 sen 2021, 20:22
“Ermənistan yeni əraziləri güzəştə gedəcək” — Zakaryan “Delimitasiya və demarkasiya iki qonşu dövlətin mövcud vəziyyəti qiymətləndirməsi və buna ehtiyac olduğu qənaətinə gəlməsi fonunda baş verir”.

Demokrat.az erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Ermənistan müdafiə nazirinin sabiq müavini Artak Zakaryan səsləndirib. O bildirib ki, delimitasiya və demarkasiya prosesinin yeni müharibə riski yaradacağı istisna deyil və buna zəmanət yoxdur.

Zakaryan bu proses nəticəsində yeni ərazi güzəştlərinin olacağını da istisna etməyib: “Bu vəziyyətdə kapitulyatorun rəhbərliyi altında delimitasiya və demarkasiya prosesinin həyata keçirilməsi o deməkdir ki, qarşı tərəf tələblər irəli sürür, Ermənistan isə ya manevr etməyə, ya da Azərbaycanın tələblərini yerinə yetirməyə çalışır. Həmçinin Ermənistan tərəfi yeni əraziləri də güzəştə gedə bilər” – Zakaryan fikirlərini tamamlayıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top