Sabah güclü külək əsəcək

SOSİAL 06 sen 2021, 18:28
Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Demokrat.az-a verilən məlumata görə, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-22° isti, gündüz 24-27° isti, Bakıda gecə 20-22° isti, gündüz 25-27° isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli, Böyük Qafqazın və Lənkəran-Astara zonasının bəzi yerlərində isə güclü olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 26-31° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacaq.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top