Flora Kərimova Prezident təqaüdünün ilk ayını qazilərə verdi

İNCƏSƏNƏT 06 sen 2021, 10:14
Azərbaycanın Xalq artisti, "Şərəf" ordenli Flora Kərimova ona təyin olunan Prezidentin fərdi təqaüdünün ilk ayını Vətən Müharibəsi qaziləri arasında bölüb. 

Demokrat.az xəbər verir ki,  Xalq artisti təqaüdünü 2 qaziyə verib.

Həmin qazilər isə erməni əsirliyindən qayıdan Amin Musayev və döyüşlər zamanı ağır yaralanan Rəvan Əzizovdur.(news24.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top