Quru Qoşunları komandanı “Tank biatlonu” müsabiqəsinin final mərhələsini izləyir — FOTOLAR

HƏRBİ 04 sen 2021, 18:02
“Beynəlxalq Ordu Oyunları - 2021” yarışlarının son günündə “Tank biatlonu” müsabiqəsinin final mərhələsi keçirilir. Bütün rəqiblərini geridə qoyan Azərbaycan, Çin, Qazaxıstan və Rusiya komandaları müsabiqənin final mərhələsində yarışır.

Müdafiə Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, yarışların bağlanış mərasimində iştirak etmək üçün Moskvada səfərdə olan Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-mayor Ənvər Əfəndiyev əvvəlcə “Dostluq Evi”ndə təşkil olunan sərginin Azərbaycana aid bölməsində milli-mənəvi dəyərləri özündə əks etdirən və tarixi köklərə bağlanan müxtəlif eksponatlar və ədəbiyyat ilə tanış olub.

Hazırda nazir müavini yüksək peşəkarlıq göstərən tankçılarımızın uğurlu çıxışını izləyir.



Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top