Azərbaycanlılar Dnepropetrovskda fəaliyyətlərini genişləndirirlər — FOTOLAR

DİASPOR 04 sen 2021, 15:00
Ukraynanın Dnepropetrovsk vilayətində azərbaycanlılar təhsil, idman və mədəniyyət sahəsində fəaliyyəti genişləndirirlər.

Bu barədə “Report”un Şərqi Avropa bürosuna Dnepropetrovsk vilayəti Azərbaycanlılar Liqasının sədri Sərxoş İsmayılov məlumat verib.

O bildirilib ki, Liqa tərəfindən təşkil olunan şənbə-bazar Azərbaycan məktəbində bu il sentiyabr ayından yeni mövsümdə davam edəcək tədrisdə şagirdlərin sayı 40-dan çoxdur. Burada Azərbaycan dili-ədəbiyyatı, tarixi, coğrafiya və sair fənnlərin tədrisi aparılır. Məktəb burada doğulub böyüyən azərbaycanlı uşaqlar və digər Azərbaycan dilində tədris almaq istəyənlər üçündür.

Bundan başqa Liqanın təşəbbüsü ilə Dneprin mərkəzində azərbaycanlı tanınmış müsiqiçi Müslüm Maqomayevin adına küçə verilib, Üzeyir Hacıbyovun “Leyli və Məcnun” operası Ukrayna dilində 150-dən artıq buraxılışla nümayiş olunub. Bu, tək Ukraynada yox, bütün şərqi Avropa ölkələrini əhatə edib.

Vilayətdə Liqa tərəfindən Azərbaycanla bağlı ədəbi və tarixi muzeylər də fəaliyyətə başlayıb.

Bundan başqa təşkilatın yaratdığı “Azərbaycanlılar Liqası” adlı futbol klubu da yeni mövsümdə yarışlara qatılmağı planlaşdırır.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top