Lavrov qorxuları barədə danışdı

MARAQLI 03 sen 2021, 14:47
Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Yeni Bilik" təhsil marafonunun iştirakçıları qarşısında çıxış edərək yüksəklikdən qorxduğunu etiraf edib.

Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, görüşə qatılanlardan biri nazirdən sonuncu dəfə nə vaxt qorxduğunu soruşub. Rusiya xarici işlər naziri bunun bir neçə gün qabaq Yekaterinburqda Rusiya Mis Şirkətinin çoxmərtəbəli binasında keçirilən ictimaiyyətlə görüşdə baş verdiyini deyib.

"Yüksəklikdən qorxuram, amma məni şüşəli bir liftdə 28-ci mərtəbəyə apardılar və bayıra çıxardılar. Əslində qorxduğum budur. Hündürlükdən qorxuram”, - deyə nazir qeyd edib.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top