“MEDİA könüllüləri” proqramı media sahəsi üçün yeni layihədir — Elçin Şıxlı

MEDİA 03 sen 2021, 13:24
Xəbər verdiyimiz kimi, Medianın İnkişafı Agentliyi “MEDİA könüllüləri” proqramına başlayır. Layihədə gənclərin nəzəri və təcrübi biliklərinin artırılması, cəmiyyətin bütün sahələrində fəal iştirakının təmin olunması nəzərdə tutulub. Həmçinin, gənclərin potensialından daha səmərəli istifadə etməklə onlar təcrübə proqramlarında və müvafiq təlimlərdə iştirak edəcəklər.

Layihə ilə bağlı Demokrat.az-a açıqlamasında “Ayna-Zerkalo” qəzetlərinin təsisçisi Elçin Şıxlı proqramın gənclərin təcrübə qazanmasında vacib rol oynayacağını qeyd edib:

“Medianın İnkişafı Agentliyinin başlatdığı “MEDİA könüllüləri” proqramı media sahəsi üçün yeni layihə hesab edilə bilər. Yeni başladığı üçün geniş fikir bildirmək çətindir. Amma media sahəsinə maraqlı olan gənclər üçün “MEDİA könüllüləri” yaxşı fürsət ola bilər. Proqram maraqlı, cəlbedicidir. Nəzərə alaq ki, elə media sahəsində təhsil alan gənclər belə təcrübə məsələsində çətinlik çəkirlər, təcrübədən yayınırlar. Bəlkə də, həmin maraq onlarda olmadığı üçün belə alınır. Bu proqramla gənclərin təcrübələrə cəlb edilməsi çox yaxşı haldır. Ümumilikdə, proqram maraq doğurur. Düşünürəm ki, iştirak edəcək media sahəsinə maraqlı gənclər üçün də maraqlı və faydalı layihə olacaq”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top