“MEDİA könüllüləri” proqramı ciddi maraq kəsb edəcək” — Baş redaktor

MEDİA 03 sen 2021, 12:29
“Medianın İnkişafı Agentliyinin başlatdığı “MEDİA könüllüləri” proqramı maraqlı layihədir. Bu proqram gənclərin medianın incəliklərini öyrənməsi istiqamətində olduqca böyük əhəmiyyək kəsb edəcək. İndiyədək bu cür layihələrə çox az rast gəlmişik. Bu baxımdan, “MEDİA könüllüləri” proqramı ciddi maraq kəsb edəcək”.
 
Bu fikirləri Demokrat.az-a açıqlamasında “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
 
O, Medianın İnkişafı Agentliyinin “MEDİA könüllüləri” proqramının gənclərin jurnalistikaya cəlb edilməsi və onların peşəkarlaşması üçün ciddi addım olduğunu vurğulayıb:

“Proqram medianın sirlərinin öyrənilməsi, jurnalistin cəmiyyətə münasibəti, insanlara davranış qaydalarının aşılanması, ümumilikdə, jurnalistikanın incəliklərinin öyrənilməsi ilə bağlı çox vacib layihələrdən biridir. Düşünürəm ki, layihədə iştirak edəcək hər bir gənc peşəkar olmaq yolunda böyük addım atmış olacaq. “MEDİA könüllüləri” gənclərin peşəkarlaşması yolunda vacib cığırdır. Bu baxımdan, proqramın elan edilməsini və həyata keçirilməsini yüksək qiymətləndirirəm. Fikrimcə, bu cür layihələrin sayı çox olmalıdır. Həmçinin, jurnalistikanın dəyərinin, əhəmiyyətinin yüksəldilməsi baxımdan belə proqramlar vacib rol oynayır. Proqramda iştirak edəcək gənclər önəmli fürsət əldə etmiş olacaqlar. İstənilən sahəyə dair sirlərin, incəliklərin öyrənilməsinə gənclikdən başlamaq çox əhəmiyyətlidir. Düşünürəm ki, “MEDİA könüllüləri”nə gənclərin marağı böyük olacaq. Jurnalistikaya marağın sistemli şəkildə təbliğ edilməsi vacib idi və bunu Medinanın İnkişafı Agentliyi bir layihədə birləşdirdi”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top