Gələn ilin birinci yarısınadək azad edilmiş üç rayonda seysmik stansiyalar quraşdırılacaq

İNFRASTRUKTUR 31 avq 2021, 18:41
"Gələn ilin birinci yarısına qədər Ağdam, Cəbrayıl və Kəlbəcərdə seysmik stansiyaların quraşdırılması nəzərdə tutulur".

Bunu "Report"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bildirib.

Onun sözlərinə görə, artıq seysmik stansiyaların quraşdırılması ilə bağlı plan hazırlanıb: "Tikintiyə başlamaq üçün avadanlıqlarımız da hazırdır. Hazırda sözügedən ərazidə minatəmizləmə prosesinin yekunlaşmasını gözləyirik. Bu stansiyalar yaşayış məkanlarından kənarda qurulur. Minatəmizləmə ilkin olaraq yaşayış məkanlarını əhatə etdiyinə görə gözləməli oluruq. Bu proses yekunlaşandan sonra Qarabağın 3 rayonunda keçmiş stansiyaların yerləşdiyi məkanlarda stansiyalar qurulacaq".

Q.Yetirmişli deyib ki, sonrakı mərhələlərdə Qarabağın 7 rayonunda da seysmik stansiyaların quraşdırılması planlaşdırılır: "Sözügedən rayonlarda əvvəlcədən seysmik stansiyalar olmayıb və ilk dəfə quraşdırılacaq. Ümumilikdə, plan Qarabağın 10 rayonunu əhatə edəcək və 2024-cü ilin sonuna qədər proses tamamilə yekunlaşacaq".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top