“Berqa”dan “Əhvalınızı dəyişdirəcək” layihə

BİZNES 31 avq 2021, 16:45
İllərdir ölkəmizin sevilən markalarından olan “Berqa” insanlara xoş əhval-ruhiyyə bəxş etmək üçün sosial media hesabları üzərindən 1 ay müddətində “Əhvalınızı dəyişdirəcək” şüarı ilə müxtəlif paylaşımlar edib. 

Əsas məqsəd insanları daha aktiv həyat fəaliyyətinə yönəltmək, gündəlik stressi üzərindən atmaq, xoş xatirələri oyatmaq və ehtiyacı olanlara yardıma sövq etmək olub. Layihə tanınmış psixoloq Fidan Nizamovanın dəstəyi ilə həyata keçirildi və izləyicilərə dəyərli məsləhətlər verilib. Hər zaman ehtiyacı olanlara dəstəyini əsirgəməyən “Berqa”, bu dəfə də ənənəsinə sadiq qalıb.

Belə ki, “Dəstək və qayğı” günündə Ümid Yeri uşaqlar evi ziyarət edilərək uşaqların əhvalı dəyişdirilib, onların günü sevinclə tamamlaması hər kəsi sevindirib.

Qeyd edək ki, “Berqa” ölkənin premium çay markası olaraq insanları hər zaman yeni məhsulları ilə sevindirməyə davam edir. Yeni 100% təbii meyvə dilimli Xəyal et şüarı ilə “Dream”, Hiss et şüarı ilə “Enjoy” və Həzz al şüarı “Feel” çeşidləri ilə yeni dadlar təqdim olunub. Əsas məqsəd, “Berqa” çayı ilə insanların əhvalını dəyişdirmək və onlara xoş əhval bəxş etməkdir.

 







Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top