Sabahdan otellərə hər iki doz vaksini olmayan müştərilər buraxılmayacaq

TURİZM 31 avq 2021, 17:36
Sentyabrın 1-dən etibarən hər iki dozada vaksini olmayan müştərilər otellərə buraxılmayacaq.

Bu barədə “Report”a turizm sektorunun nümayəndələri məlumat verib.

Bildirilir ki, otellərə tapşırılıb ki, bununla bağlı tələblərə əməl edilsin. Əgər əvvəldən rezervasiya etmiş müştərilər varsa onlara sentyabrın 6-dək otelin xidmətlərindən istifadə etmək üçün vaxt müəyyən edilib. Bu tarixdən sonra isə bütün müştərilər yalnız hər iki doza vaksin vurdurması ilə bağlı müvafiq sənədi təqdim etməlidir.

Məsələ ilə bağlı Dövlət Turizm Agentliyinin (DTA) yaxın saatlarda açıqlama yayacağı gözlənilir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top