Rusiyada saxlanılan azərbaycanlı prodüser sərbəst buraxılıb

ŞOU-BİZNES 29 avq 2021, 23:14
Rusiyada saxlanılan azərbaycanlı prodüser Anar Raibanda qarşı irəli sürülən bütün ittihamlar geri götürülüb.

RenTV-nin məlumatına görə, bu barədə onun vəkili Sergey Vasilyev məlumat verib.

Xatırladaq ki, dünən saxlanılan prodüser miqrasiya rejimini pozmaqda ittiham olunub. O, Rusiyaya turist kimi gəlib, lakin təşkilati fəaliyyətlə məşğul olub.

“Rammstein” alman rok-qrupunun solisti Till Lindemannın prodüseri olan azərbaycanlı Tver şəhərində ifaçının konsertini təşkil etmək istəyib. Lakin Rusiya hüquq-mühafizə orqanlarının nümayəndələri Lindemanna koronavirus səbəbiylə kütləvi tədbirlərə qoyulan məhdudiyyətlərə riayət edilməsinin vacibliyi barədə xəbərdarlıq ediblər./Oxu.az
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top