Azərbaycan BVF-dən 530 milyon dollar alacaq

MALİYYƏ 23 avq 2021, 22:09
Azərbaycan Beynəlxalq Valyuta Fondundan (BVF) xüsusi borclanma haqları (SDR) şəklində təxminən 530 milyon ABŞ dolları alacaq.

Demokrat.az fonda istinadən xəbər verir ki, vəsait BVF-nin anti-böhran bölgüsü çərçivəsində ayrılır.
 
Qeyd olunub ki, bu həll bütün üzv ölkələrə fayda verəcək, uzunmüddətli ehtiyata olan ehtiyacın ödənilməsinə kömək edəcək və dünya iqtisadiyyatının dayanıqlılığına və sabitliyinə töhfə verəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top